Azərbaycanda belə yer varmış - VİDEO

Azərbaycanın dağlıq ərazilərində hələ kütləvi turizm marşrutlarına daxil olmayan, təbiət həvəskarları üçün xüsusi maraq doğuran məkanlar var. Onlardan biri də İsmayıllı rayonunun Burovdal kəndi ətrafında yerləşən Babadağ kanyonu və Mərc dərəsidir.
Avtosfer.az Yenisabah-a istinadla xəbər verir ki, Mərc dərəsi Babadağ ətrafındakı dağlıq relyefin bir hissəsi kimi tanınır. Ərazi İsmayıllı rayonunun şimal hissəsində, Burovdal kəndi ətrafında, Babadağ silsiləsinin ətəklərində yerləşir.
Burovdal kəndi rayonun şimal istiqamətində sonuncu kəndlərindən biridir və dəniz səviyyəsindən təxminən 1634 metr yüksəklikdədir. Burovdal–Qurbangah–Babadağ istiqamətindəki marşrutun uzunluğu təqribən 31,53 km, yürüş məsafəsi 8,38 kilometrdir. Ərzaiyə Lahıc–Burovdal tərəfdən çıxışlar mövcuddur.
Əraziyə gedən yolda rayon camaatı üçün yaylaqlar da mövcuddur. Yolüstü heyvan sürüsü ilə də qarşılaşa bilərsiniz.
Mərc dərəsinə və Babadağ kanyonuna səyahət etmək istəyənlər üçün adi avtomobildən daha çox yolsuzluq avtomobili və təcrübəli bələdçi uyğun seçimdir. Müəyyən məsafədən sonra kanyonun daxilində relyefə uyğun olaraq piyada hərəkət tələb olunur.
Mərc dərəsinin əsas özəlliyi onun kütləvi turizm marşrutlarından uzaq qalmasıdır. Ərazi daha çox dağ yürüşü, off-road və təbiət həvəskarlarının diqqətini çəkir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












