Bu avtobusa ancaq qadın və uşaqlar minirlər - FOTO

Sizə elə gəlməsin ki, hansısa islam qanunları ilə ölkəyə səfərimdən danışıram. Qələmə aldığım hadisə Şərqin ilk dünyəvi dövləti olan Azərbaycan Respublikasında baş verir. Səbəb isə qanunvericilik deyil.
Bir neçə gün əvvəl yaşadığım həyətdə sürücülər bildirdilər ki, 140 saylı marşrut karta keçdikdən sonra avtobuslar boş gedib-gəlir. Səbəb nağdsız ödənişə keçdikdən sonra qiymətin 50 qəpikdən 70 qəpiyə qaldırılmasıdır. Mən də bunu özüm yoxlamaq qərarına gəldim.
Xatırladım ki, avtobus Lökbatan qəsəbəsində Cümə məscidindən Xırdalan dəmiryolu stansiyasınadək xidmət edir. Əsas sərnişin kontingenti Qobudan Lökbatana və əksinə hərəkət edənlərdir.
Bu səhər avtobusa minəndə sürücülərin haqlı olduğuna şahidlik etdim. Avtobusun ən işlək vaxtı olan saat 10-11 arasında salonda cəmi 5 sərnişin vardı. Yarım saat ərzində apardığım müşahidə zamanı heç bir avtobusda ayaq üstə gedən sərnişinə rast gəlmədim. Səbəb birdir: sakinlər avtobusa 70 qəpik verib avtobusla getmək yerinə, 1 manata yolötən minik avtomobili ilə getməyi üstün tuturlar. Bu da tamamilə məntiqlidir.
Üstəgəl, Lökbatan qəsəbəsindən şəhərə gələn marşrutlar (125, 130, 206) çoxdan nağdsız ödənişə keçsə də, əksəriyyətin hələ də kartı yoxdur. Bəzən (xüsusən də axşamlar) elə olur ki, avtobusa eyni dayanacaqdan minən 5 sərnişindən yalnız birinin kartı olur, digərləri isə gediş haqqı dilənir. Belə bir şəraitdə nağdsız ödənişə keçid marşrutu sərnişinsiz qoyub.
Bəli, başa düşürük ki, avtobusların alındığı heç 2 ay deyil. Sınıq-salxaq, natəmiz maşınlar Özbəkistan istehsalı olan qaz mühərrikli avtobuslarla əvəzlənib. Lakin qazla işləyən avtobus daha baha olmalıdır prinsipi burada ekoloji təşviq yaratmır. Tam əksinə, insanlar daha çevik alternativlərə yönəlirlər.
Bu təqdirdə belə bir sual da ortaya çıxır: avtobus hər reysdə uzağı 30 sərnişin daşıdığı təqdirdə şirkət xərclərini necə qarşılayacaq? Maaşı gecikdirilən sürücü bu xəttə işləməyə davam edəcəkmi? Cavab ritorikdir.
Bayaqkı dediyim qadın və uşaq məsələsinə gəlincə: kişilər manatlıq taksiyə üz tutduğu üçün avtobuslar yalnız qadın və uşaqların ümidinə qalıb.
Vüqar Yaşaroğlu

Avtomobilinə başqa nömrə taxan sürücü 17 min manat cərimələndi - FOTO
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib - FOTOSESSİYA
Tanınmış istehsalçı elektrikə kəskin keçiddən imtina etdi
Bakı tıxacına görə qonşuları arasında neçənci yerdədir? – STATİSTİKA
Məktəb avtobuslarında şagirdləri qoruyan sistem: Avtomobillər dayanır – VİDEO
Azərbaycanda yol tikintisində müasir texnologiyalar necə TƏTBİQ OLUNUR?
Bu düymə yanacaq sərfiyyatına təsir edə bilər – ARAŞDIRMA
Siqaretə görə küsən sərnişin, ayağı havada gedən KAMAZ sürücüsü
Bu avtomobillərdə sükan problemi aşkarlanıb: Kütləvi geri çağırma BAŞLANILDI
Avtomobil sürmə təlimində yaş məhdudiyyəti neçədir? – AÇIQLAMA - VİDEO
Bu saatın xətası 300 milyard ildə 1 saniyədir - FOTO











