Bu ölkə 10 dəqiqə tıxacda qalanlara pul ödəyəcək

İtaliya yay aylarından etibarən avtomobil yollarında görülən tikinti və təmir işləri səbəbindən yaranan tıxacları kompensasiya etmək üçün yeni ödəniş geri qaytarma sistemini işə salacaq.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qaydaya əsasən, sürücülər 50 kilometrlik marşrutun normal müddətinə əlavə olaraq cəmi 10 dəqiqəlik gecikmə yaşadıqları halda belə ödənişin bir hissəsini geri ala biləcəklər.
Qayda yalnız texniki səbəblər yəni tikinti və təmir nəticəsində yaranan tıxaclara şamil ediləcək. Qəza, pis hava şəraiti və fövqəladə hallar səbəbindən yol bağlanmaları isə sistemdən kənarda qalacaq.
Qeyd olunur ki, geri qaytarmanın həcmi gecikmənin uzunluğuna görə müəyyən ediləcək. Uzaq məsafələrdə 15 dəqiqəni aşan gecikmələr də sürücüyə kompensasiya hüququ verəcək. Əgər gecikmə 3 saata qədər uzanarsa, həmin marşrut üzrə ödənilən yol haqqı tam şəkildə geri qaytarılacaq.
Sürücülər ödənişin geri alınması üçün xüsusi mobil tətbiq vasitəsilə müraciət edəcəklər. Sistem Alman Dəmir Yollarının bilet kompensasiya modelinə bənzər şəkildə işləyəcək. Tətbiqin bütün yol operatorlarını əhatə etməsi nəzərdə tutulur və texniki detallar yaxın günlərdə dəqiqləşdiriləcək.
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI
Nəqliyyat sisteminin effektivliyi necə müəyyən edilir? – ARAŞDIRMA
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər












