Dünyadan 48 işıq ili uzaqlıqda tarixi kəşf: Elm dünyasında mühüm irəliləyiş

Astronomlar ilk dəfə olaraq ulduzunun yaşayış üçün əlverişli zonasında yerləşən qayalı ekzoplanetin atmosferini müəyyən ediblər. Bu, kosmik tədqiqatlar tarixində mühüm nailiyyət hesab olunur. Avtosfer.az "Konkret.az"a istinadən xəbər verir ki, alimlər Yer kürəsindən 48 işıq ili uzaqlıqda yerləşən LHS 1140 b adlı qayalı ekzoplanetin atmosferini aşkar ediblər. Bu kəşf, maye suyun mövcud ola bilməsi üçün ulduzuna uyğun məsafədə yerləşən, yəni “Goldilocks” (yaşayış üçün əlverişli) zonasında olan qayalı planetdə ilk dəfə atmosferin müşahidə olunması kimi tarixə düşüb. Tədqiqatın baş müəllifi Kollin Çerubim bildirib ki, planetin atmosferində helium aşkar edilib. Bu, indiyədək hər hansı qayalı ekzoplanetin atmosferində heliumun ilk birbaşa müşahidəsidir.
LHS 1140 b-nin 2017-ci ildə kəşfində iştirak etmiş tədqiqatçılardan Ceyson Dittmann isə deyib:
“Bu planet təxminən 10 il əvvəl kəşf edilmişdi. Yalnız indi əminliklə deyə bilirik ki, onun atmosferi var”.
Çerubimin sözlərinə görə, planetdə istixana effekti yarada biləcək qədər atmosfer mövcuddur. O hesab edir ki, böyük ehtimalla bu ekzoplanetdə Yerə bənzər yaşayış şəraiti və maye suyun mövcud olmasına imkan verən şərait var.
Tədqiqatın nəticələri nüfuzlu Science elmi jurnalında dərc olunub.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












