Elektrikli avtobusların üstünlükləri nələrdir? - Nazirin müşavirindən AÇIQLAMA

Elektrik mühərrikli avtobuslar benzin və dizellə işləyən şəhər nəqliyyatı ilə müqayisədə ekoloji cəhətdən daha təhlükəsizdir. Çünki elektrik mühərrikli nəqliyyat vasitələrinin emissiyası sıfıra bərabərdir.
Avtosfer.az bildirir ki, bu barədə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov sosial şəbəkə hesabında paylaşım edib. Bildirirb ki, nəqliyyatın yaratdığı problemlərdən biri də səs çirkliliyidir. Elektrik mühərrikli nəqliyyat vasitələri isə digər nəqliyyat növləri kimi səs-küy yaratmır.
Əhəmiyyətli üstünlüklərdən biri də elektrik mühərrikli avtobusların iqtisadi cəhətdən daha səmərəli olmasıdır. Benzinlə qət edilən 1 km məsafəni elektrik enerjisi ilə qət edilən 1 km məsafə ilə müqayisə etsək, yanacağın dəyəri baxımından burada mütləq elektrikli nəqliyyat üstün gəlir.
Elektrikli avtobuslar benzin və ya dizellə işləyən avtobuslardan qat-qat az daxili hərəkət hissələrinə malikdir. Bu da istismar xərclərini azaldır.
Artıq 160 elektrikli avtobus ölkəyə gətirilib və 2030-cu ilədək Bakı şəhərinin ictimai nəqliyyatında istifadə olunacaq bütün avtobuslar elektrikli olacaq.
Könül Rauf
ABŞ Çinin yerli təyyarə istehsalı planına mane olur
Tramp okeana öz adını vermək istəyir
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO













