Günəş panellərinin qoyunlara təsiri üzə çıxdı

Bərpaolunan enerji qurğuları artıq heç kimə yad deyil. Elə Azərbaycanda da yol boyu günəş paneli və ya külək generatoru görmək heç kimdə təəccüb doğurmur. Amma günəş panellərinin fəsadları barədə də söz söhbətlər səngimir.
Avtosfer.az xəbər verir ki, avstraliyalı alimlər günəş panellərinin qoyunlara təsirini araşdırmaq üçün maraqlı təcrübə aparıblar. Onlar 1700 qoyunu 1 il müddətinə otarmaq üçün bu panellərin quraşdırıldığı sahəyə buraxıblar. Eyni miqdarda qoyun isə panel olmayan əraziyə buraxılıb.
Bir il sonra aparılan laborator müayinələr maraqlı faktları üzə çıxarıb: məlum olub ki, Vellinqton günəş parkındakı panellər heyvanların sağlamlığına müsbət təsir göstərib. Bu panellər sayəsində onlar kəskin istidən, qəfil başlayan leysandan və sərt küləklərdən qoruna biliblər. Qoyunlar bu panellərin kölgəsində rahat dincəlib, həm də özlərini doyuzdura bilib.
O da məlum olub ki, “panel qoyunları”nın yunu daha keyfiyyətli, lifləri daha uzun olub. Sınaq müddətində dördayaqlılar enerji qurğularına heç bir zərər yetirməyib.
Ən əsası, panellər arasında vaxt keçirən qoyunlarda xəstəlik, parazitlərə yoluxma da azalıb, ətin keyfiyyəti artıb.
Tədqiqat bir daha göstərir ki, dayanıqlı kənd təsərrüfatı düzgün təşkil edildikdə yaşıl enerji sistemləri ilə vəhdət təşkil edə bilər. Avstraliyalılar sübut etdilər ki, bu yolla torpaqların daha səmərəli, ətraf mühitə zərər vermədən istifadəsi mümkündür. Halbuki, bir çox ölkədə günəş panellərinin qurulduğu ərazi səhralaşır.
Vüqar
Kanadada sürücülərin sürətini azaltmaq üçün yollara saxta çuxurlar çəkilir – FOTO
Qısa məsafələrdə bu mühərriklər daha çox xərc yaradır – ARAŞDIRMA
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?












