“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri

Gənc və orta yaşlı nəsil arasında alkoqolsuz pivəyə (el arasında “hacı pivəsi”) maraq artıb. Çox adam bununla sağlam həyat tərzi keçirdiyini düşünür. Bir çox sürücü iddia edir ki, alkoqolsuz pivə qəbul etdikdə alkotesterlə yoxlama zamanı heç nə görünmür. Bəs bu pivənin tərkibindəki zərərli maddə təkcə spirtdirmi?
Avtosfer.az xəbər verir ki, Almaniyanın Bohum Universitetinin əməkdaşları müxtəlif növ alkoqolsuz pivələrlə bağlı 5 həftə tədqiqat aparıblar. Məlum olub ki, alkoqolsuz içkilərdən müntəzəm istifadə hətta sağlam gənclərdə belə, metabolizmə mənfi təsir göstərir. Bu özünü əsasən qlükoza və lipidlərin (yağ turşusu) sintezində göstərir. İçkinin tərkibindən alkoqolu kənarlaşdırmaq onu heç də təhlükəsiz etmir. Etiketdə yazılandan fərqli olaraq alkoqolsuz pivə qlisemiyaya və insulin sintezinə təsir göstərir.
Ənənəvi pivədə fermentasiya zamanı səməni şəkəri alkoqola çevrilir. Alkoqol çıxarıldıqda isə şəkər toxunulmamış halda qalır. Laboratoriya analizi zamanı alkoqolsuz pivələrin tərkibində şəkər miqdarı müxtəlif olub – hər 100 millilitrdə 2,8 qramdam 5 qramadək. Başqa sözlə, gündə 2 qab (660 millilitr) alkoqolsuz pivə içən şəxs bilmədən 32 qramadək şəkər qəbul edir. Bu da orta hesabla 8 ədəd qənd edir. Belə həcmdə şəkər bir çox şirinləşdirilmiş içkidəkindən belə, çoxdur.
Şəkərin miqdarı çox olduğundan mədəaltı vəz və qaraciyər bu maddənin neytrallaşdırılması üçün tam gücü ilə işləyir. Bu vəziyyəti diabet xəstələri yaxşı bilirlər.
Vüqar
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI












