Həzrəti Ömərə aid kitabə və Quran ayələri aşkarlandı - FOTO

Səudiyyə Ərəbistanının Mədəni İrs İdarəsi Mədinə bölgəsində aparılan arxeoloji tədqiqatlar zamanı İslamın ilk dövrlərinə aid yüzlərlə kitabə, qayaüstü təsvir və digər tarixi tapıntıların aşkar edildiyini açıqlayıb.
Avtosfer.az “Əl-Ərəbiyyə” telekanalına istinadən xəbər verir ki, Mədinənin Mehd bölgəsində həyata keçirilən arxeoloji səth araşdırmalarının ikinci mərhələsi çərçivəsində ümumilikdə 1774 tarixi tapıntı sənədləşdirilib.
Tədqiqatlar zamanı 156 yeni arxeoloji məkan qeydə alınıb. Bunlara 461 İslam dövrünə aid kitabə, 34 Səmudi yazısı, 1259 qayaüstü rəsm, 11 daş tikili, 3 tarixi saray və bina qalıqları, 2 qədim karvan yolu və 4 quyu daxildir.
Mütəxəssislərin diqqətini xüsusilə cəlb edən tapıntılar arasında Qurani-Kərim ayələrinin həkk olunduğu kitabələr və Həzrəti Ömərin adının çəkildiyi erkən İslam dövrünə aid yazılar yer alır.
Aşkarlanan kitabələrdən birində belə yazıldığı bildirilir: “Allah bu dünyada və axirətdə Ömər ibn əl-Xəttabın dostudur. Allahdan başqa ilah yoxdur”.
Hicazi xətti ilə yazılan bu kitabənin “İbrahim” adlı şəxs tərəfindən həkk edildiyi qeyd olunur.
Tapıntılar arasında həmçinin Qurani-Kərimin Nisa surəsinin 58-ci ayəsindən hissələrin yer aldığı kitabələr də aşkarlanıb. Həmin ayədə əmanətlərin sahiblərinə qaytarılması və insanlar arasında ədalətlə hökm verilməsi əmr olunur.
Mədəni İrs İdarəsinin məlumatına görə, bu yazılar Quran ayələrinin İslamın ilk dövrlərində yazılı formada geniş istifadə olunduğunu göstərən mühüm tarixi sübutlar hesab edilir.
Araşdırmalar zamanı erkən İslam dövrünə aid digər kitabələr, qayaüstü təsvirlər və müxtəlif tarixi izlər də müəyyənləşdirilib. Qurumun açıqlamasında vurğulanıb ki, bu tapıntılar İslam dövlətinin ilk illərinin dini, sosial və mədəni həyatını öyrənmək baxımından böyük əhəmiyyət daşıyır.
Bildirilir ki, yeni kəşflər erkən İslam tarixi, ərəb yazı mədəniyyəti və Ərəbistan yarımadasının sivilizasiya irsinin araşdırılmasına mühüm töhfə verir. Bölgədə arxeoloji tədqiqatların davam etdiriləcəyi qeyd olunub.




3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












