İnfeksionist yayda çimməyin təhlükələri barədə xəbərdarlıq edib

İsti yay günlərində su hövzələrində bakteriya və göbələklərin sürətlə çoxalması sağlamlıq üçün risk yarada bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə rusiyalı infeksionist Mariyat Muxina bu barədə Life.ru-ya açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, xüsusilə yosunların çiçəkləndiyi dövrdə qulaq kanalında qalan su infeksiyaların yaranmasına əlverişli şərait yaradır. Bundan əlavə, yosunların ifraz etdiyi bəzi maddələr qulaq kanalında qıcıqlanmaya səbəb ola bilər.
Mütəxəssis vurğulayıb ki, qulaq pərdəsi zədələnmiş şəxslərdə su daxili qulağa keçərək mezotimpanit, epitimpanit, hətta meningit kimi ciddi fəsadlar törədə bilər.
Profilaktika məqsədilə çimdikdən sonra qulaqları yaxşı qurulamaq, başı yana əyərək suyu axıtmaq və xarici qulağı yumşaq dəsmalla silmək tövsiyə olunur. Qulaq çöpü və digər iti əşyalardan istifadə edilməməsi məsləhətdir. Zərurət olduqda xüsusi qulaq damcılarından, qulaq problemi olan şəxslər üçün isə qoruyucu tıxaclardan istifadə edilə bilər.
Həkim həmçinin bulanıq və kəskin qoxulu sularda çimməməyi, qulaqda ağrı, axıntı, eşitmənin zəifləməsi və ya hərarət yüksəldikdə isə gecikmədən LOR həkiminə müraciət etməyi tövsiyə edib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












