İşdən qovulduqdan sonra zəngin olan 10 məşhur

İşdən çıxarılmaq bir çox insan üçün uğursuzluq kimi qəbul olunsa da, dünya şöhrətli bəzi şəxslərin həyat hekayələri bunun əksini göstərir. Vaxtilə işdən qovulan bir sıra məşhur simalar sonradan milyarderə, şirkət rəhbərinə və ya dünya ulduzuna çevriliblər. Avtosfer.az "Valyuta.az"a istinadən xəbər verir ki, siyahıda texnologiya, siyasət, musiqi və media dünyasının tanınmış simaları yer alır.
Steve Jobs (Stiv Cobs) 1985-ci ildə qurduğu "Apple" şirkətindən uzaqlaşdırıldı. Şirkətdə zəif satışlar və rəhbərliklə yaşadığı münaqişə onun işsiz qalmasına səbəb olmuşdu. Cobs daha sonra "NeXT" şirkətini qurub, "Pixar Animation Studios"un inkişafında iştirak edib. "Apple" 1997-ci ildə NeXT-i 447 milyon dollara satın aldıqdan sonra o, yenidən şirkətə qayıdıb və iPhone, iPad kimi məhsullarla texnologiya tarixində iz qoyub.
Walt Disney (Uolt Disney) isə gənclik illərində “yaradıcılığının zəif olması” səbəbilə qəzetdən işdən çıxarıldı. Daha sonra qurduğu animasiya şirkəti də uğursuz oldu. Buna baxmayaraq, qardaşı ilə birlikdə Kaliforniyada yeni layihələrə başlayıb və sonradan "Disney" imperiyasını yaradıb.
Madonna (Madonna) musiqi karyerasına başlamazdan əvvəl New York-da “Dunkin’ Donuts”da işləyib. O, cəmi bir gün sonra müştərinin üstünə mürəbbə sıçratdığı üçün işdən qovulmuşdu. Sonradan isə dünyanın ən məşhur pop ulduzlarından birinə çevrildi.
Oprah Winfrey (Opra Uinfri) televiziya xəbərlərində işləyərkən “hadisələrə həddindən artıq emosional yanaşdığı” üçün işdən çıxarıldı. Daha sonra gündüz televiziya proqramına keçərək məşhur “The Oprah Winfrey Show” ilə böyük uğur qazandı.
Hillary Clinton (Hillari Klinton) tələbəlik illərində Alyaskada balıq konserv zavodunda işləyərkən “çox yavaş işlədiyi və çox sual verdiyi” üçün işdən çıxarıldı. Sonradan ABŞ-ın ən nüfuzlu siyasətçilərindən birinə çevrildi.
Jerry Seinfeld (Cerri Saynfeld) ilk sitcom layihələrindən birində cəmi üç bölümdən sonra serialdan uzaqlaşdırıldı. O, sonradan “Seinfeld” serialı ilə televiziya tarixinin ən uğurlu komediya layihələrindən birinə imza atdı.
Michael Bloomberg (Maykl Blumberq) 39 yaşında "Wall Street" investisiya bankından işdən çıxarıldı. Aldığı 10 milyon dollarlıq kompensasiya ilə öz biznesini qurdu və sonradan dünyanın ən varlı insanlarından birinə çevrildi.
Hugh Jackman (Hyu Cekman) məktəb illərində “7-Eleven” mağazasında işləyərkən müştərilərlə çox danışdığı üçün işdən qovuldu. Daha sonra “Wolverine” rolu ilə Hollivudun ən məşhur aktyorlarından oldu.
Anna Wintour (Anna Vintur) moda jurnalında çalışarkən “həddindən artıq fərqli ideyalar” təqdim etdiyi üçün işdən uzaqlaşdırıldı. Sonradan Vogue jurnalının baş redaktoru oldu və moda dünyasının ən güclü simalarından birinə çevrildi.
Mark Cuban (Mark Kyuban) isə ilk iş yerlərindən birində mağazanı açmadığı üçün işdən çıxarıldı. Daha sonra qurduğu şirkəti milyonlarla dollara sataraq milyarder olub.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












