Maşınınız yola görə zədələnibsə, kompensasiya ala bilərsiniz

Yollarında çuxurların, dərin dəliklərin yaranması, asfalt örtüyünün çökməsi ilə bağlı şikayətlərin hər zaman var. Bu cür problemlər isə təkcə sürücülər üçün narahatlıq yaratmır, eyni zamanda avtomobillərə ciddi maddi ziyan vurur. Alt hissənin zədələnməsi, təkərin deşilməsi və digər texniki problemlər avtomobil sahiblərinin tez-tez üzləşdiyi hallardandır.
Bəs yolun yararsız vəziyyətdə olması səbəbindən avtomobilinə zərər dəyən sürücü məsul qurumdan şikayətçi ola və təzminat tələb edə bilərmi?
Hüquqşünas Ramil Süleymanov bildirib ki, vətəndaş dəymiş ziyanla bağlı məhkəməyə müraciət edərək, kompensasiya ala bilər:
“Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunduğu kimi, eləcə də Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, dövlət orqanlarının və onların nümayəndələrinin məsuliyyətsiz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vətəndaşlara vurulan zərərə görə birbaşa mülki məsuliyyət həmin dövlət qurumunun üzərinə düşür.
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, yol hansı hüquqi şəxsin, dövlət qurumunun və ya bələdiyyənin balansındadırsa, həmin yolun texniki vəziyyətinə də məhz o qurum cavabdehdir. Əgər yolun baxımsız və yararsız olması nəticəsində yol-nəqliyyat hadisəsi və ya avtomobilə maddi zərər dəyibsə, vətəndaş əsaslandırılmış iddia ərizəsi ilə məsul dövlət qurumunu məhkəməyə verə və onlara dəymiş zərəri kompensasiya şəklində tələb edə bilərlər.
Bir halda ki, dövlət qurumları avtomobil yollarının təmirinin və yenidən salınmasının həyata keçirilməsi üçün yol vergisini avtomobil sürücülərindən illik ala bilirlərsə, deməli, dövlət vahid aparat olaraq vətəndaşın qarşısında mülki məsuliyyət daşıyır”./lent.az
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












