Mərasimə 3,3 milyon dollarlıq saatla qatıldı – FOTO

Amerikalı aktyor və keçmiş restler Dueyn “Qaya” Conson ilk dəfə “Met Gala 2026” mərasiminə qatılıb. Avtosfer.az Bizim.Media-ya istinadən xəbər verir ki, Conson qırmızı xalçada qeyri-adi obrazı ilə diqqət çəkib. O, tədbirə Thom Browne moda evinin xüsusi hazırladığı, ətək konstruksiyalı smokinqində çıxıb. Aktyorun obrazında ən çox diqqət çəkən detal isə qolundakı ultra-lüks saat olub. Conson mərasimə təxminən 3,3 milyon dollar dəyərində Jacob & Co. Billionaire III saatı ilə qatılıb. Tamamilə brilyantlarla bəzədilmiş bu model zərgərlik və saat sənətinin ən bahalı nümunələrindən sayılır. Saatın korpusu və bilərziyi vahid qiymətli daş konstruksiyası kimi hazırlanıb. Qeyd olunur ki, Dueyn Conson daha əvvəl də bahalı və statuslu saat kolleksiyası ilə diqqət çəkib. Onun kolleksiyasında Rolex, Audemars Piguet, Panerai və Richard Mille kimi brendlərin modelləri yer alır. Lakin Jacob & Co. Billionaire III aktyorun ən dəbdəbəli seçimlərindən biri kimi qiymətləndirilib.



3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












