Banner

İspaniya sahillərində 113 miqrant olan qayıq tapıldı, 2 ölü var

Xəbərlər 30 Oktyabr 2026 20:31
İspaniya sahillərində 113 miqrant olan qayıq tapıldı, 2 ölü var
WhatsApp kanalımıza abunə olun

İspaniyanın El-Yerro adasının cənubundakı La-Restinqa limanında Qambiyadan olan 113 qeyri-qanuni miqrantı daşıyan kiçik qayıq aşkar edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə İspaniya mediası adanın təcili yardım xidmətlərinə istinadən məlumat yayıb.

"Qayıq La-Restinqadan təxminən 68 kilometr cənubda aşkar edildikdən sonra Santa-Krus-de-Tenerifedəki Koordinasiya Mərkəzi kömək göstərmək üçün "Helimer 204" helikopterini və "Salvamar Navia" gəmisini göndərib. 111 miqrant sahilə çıxıb.

"Bir kişi və bir uşağın Qambiyadan başlayan 8 günlük səyahət zamanı öldüyü məlum olub. Bundan başqa, çox ağır vəziyyətdə olan azyaşlı bir qız təxliyə edilib", - təcili yardım xidmətlərindən bildirilib.

Muxtar icma hakimiyyət orqanlarının ilkin məlumatına görə, təkcə oktyabr ayında Kanar adalarına 4 mindən çox miqrant gəlib.

Oxunub : 100
ŞƏRH YAZ
Ad

E-mail

Şərh