O vaxt körpə idi, indi isə finalda rəqibimdir - VİDEO

“Həmin şəkil həqiqətən inanılmazdır. O vaxt Yamal körpə idi və mən onunla şəkil çəkdirmişdim”. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu ulduz futbolçu Leo Messi illər öncə Lamin Yamalla çəkilmiş foto haqda FIFA-nın təşkil etdiyi “Fan Fest” tədbirində danışarkən deyib.
Messi gənc futbolçunun potensialını yüksək qiymətləndirib:
“Həyat çox qəribədir, indi onunla dünya çempionatının finalında bir-birimizə qarşı oynamağa hazırlaşırıq. Cəmi 19 yaşında olmasına baxmayaraq, artıq dünyanın aparıcı oyunçularından biridir. Qarşıda onu uzun karyera və tarixi uğurlar qazanmaq imkanı gözləyir. Amma ümid edirəm ki, bu, hələlik finalda baş verməyəcək. Yamala ən xoş arzularımı bildirirəm, çünki o, uğurlu olarsa, “Barselona” da bundan faydalanacaq. Amma finalda onun ən yaxşı oyununu göstərməsinə imkan verməməyə çalışacağıq. Baxmayaraq ki, bunu etmək çox çətin olacaq”.
Messi DÇ-2026-nın finalında rəqib olacaq komandanın heyətində tək Yamalın yox, digər futbolçuların da güclü olduğunu bildirib:
“Söhbət təkcə Yamaldan getmir, İspaniyanın çox güclü futbolçuları var və onlar yüksəksəviyyəli futbol oynayırlar. Bizim də öz “silahlarımız” var”.
Qeyd edək ki, Messinin Lamin Yamalla sözügedən görüntüləri tez-tez gündəmə gəlir.
Xatırladaq ki, DÇ-2026-nın final matçında İspaniya və Argentina yığmaları arasındaki görüş iyulun 19-u Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












