Pasportu var, ölkəsi yoxdur - Hava limanında müəmmalı sərnişin

1954-cü ildə Yaponiyanın Tokio şəhərindəki Haneda Beynəlxalq Hava Limanında qəribə bir hadisə baş verib. Con Allen Zeqrus adlı qəribə bir kişinin iştirak etdiyi bu hadisə olduqca adi bir şəkildə başlayıb. Belə ki, pasport nəzarətində Zeqrusun növbəsi çatanda işlər birdən dəyişib. Çünki Zeqrusun hakimiyyət orqanlarına təqdim etdiyi pasport Taured adlı bir ölkəyə məxsus idi. Halbuki, belə bir ölkə Yer üzündə heç vaxt mövcud olmamışdı.
Avtosfer.az "Sfera.az"a istinadən bu qeyri-adi hadisə haqqında yazını təqdim edir:
Bəziləri Con Allen Zeqrusu usta fırıldaqçı hesab edir, digərləri isə onun paralel kainatlardan dünyamıza gələn sirli bir qonaq olduğuna inanırlar. 1954-cü ildə mənşəyi məlum olmayan, lakin iddia edildiyi kimi fransızca danışan Con Allen Zeqrus adlı bir kişi koreyalı həyat yoldaşı ilə Tokiodakı Haneda Beynəlxalq Hava Limanına gəlib. Zeqrusun pasport nəzarətində növbəsi çatana qədər hava limanında hər şey normal davam edirdi. Lakin Yapon rəsmiləri Zeqrusun pasportunun Taured adlı bir ölkəyə məxsus olduğunu görüblər. Halbuki belə bir ölkə heç vaxt mövcud olmamışdı. Bu qəribə vəziyyətdə rəsmilər Zeqrusa belə bir ölkənin mövcud olmadığını deyiblər. Kişi 1000 illik tarixə malik olduğunu iddia etdiyi ölkəsinin görməzdən gəlinməsindən qəzəblənib. Rəsmilər Zeqrusdan ölkəsinin xəritədə yerini göstərməsini istəyiblər. Con Allen Zeqrus ona təqdim edilən xəritədə indi Andorra olan ərazini göstərib. O, qeyri-adi iddialarında israr edib.
Bəs Taured ölkəsi harada idi?

Zeqrus dünya xəritəsində ölkəsini tapa bilmədiyi üçün qəzəbi daha da artıb. Zeqrud həqiqətin üzə çıxması üçün nəzarət altına alınıb. O, hava limanının yaxınlığındakı bir otelin altıncı mərtəbəsindəki bir otağa yerləşdirilib. Qaçmasının qarşısını almaq üçün qapısında iki mühafizəçi dayanıb. Lakin bir müddət sonra Yaponiya hakimiyyəti Zeqrusun otağına daxil olanda təəccüblü bir mənzərə ilə qarşılaşıb. Zeqrus izsiz şəkildə yoxa çıxmışdı. Həmin kişidən bir daha xəbər alınmayıb. Bu maraqlı hadisəyə görə bəzi insanlar Zeqrusun paralel kainatdan gələn qonaq olduğuna inanırlar. Qəribə adamın zaman səyahətçisi olduğuna inananlar da var. Zeqrusun paralel kainatlardan gəldiyini iddia edənlərin bəzi tutarlı dəlilləri var Məsələn, onun pasportunda çoxsaylı müxtəlif ölkələrdən giriş və çıxışı göstərən möhürlər var idi. Lakin bu iddiaya inananlar üçün ən vacib dəlil Zeqrusun sirli şəkildə yoxa çıxması idi. Çünki onun nəzarət altında saxlanıldığı otel otağında eyvan yox idi.
Hakimiyyət orqanlarının məlumatına görə, pəncərələrdən qaçmaq mümkün deyildi. Qapıdakı mühafizəçilər onun heç vaxt çölə çıxmadığını bildiriblər. Bu səbəbdən bir çoxları Zeqrusun Taured adlı bir ölkənin mövcud olduğu paralel kainatdan gəldiyinə inanırlar. Bəs Taureddən olan kişi doğru danışa bilərdimi? Əlbəttə ki, Zeqrusa inananlar qədər inanmayanlar da var. Bəziləri onun usta fırıldaqçı olduğunu düşünür. O dövrdə Yaponiya mətbuatında dərc olunmuş bəzi sənədlər bu iddiaları dəstəkləyir. O dövrün bəzi qəzetləri Zeqrusun ölkəyə qanunsuz daxil olan fırıldaqçı olduğunu, hakimiyyət orqanları tərəfindən həbs olunduğunu və hətta bir il həbs cəzasına məhkum edildiyini yazırdı. Digər tərəfdən, qəzetlərdə yer alan məlumata görə, Con Allen Zeqrus Yaponiyadakı bəzi bankları aldadıb, həbsdə olarkən intihara cəhd edib və FTB üçün işlədiyini iddia edib. Con Allen Zeqrus haqqında son məlum olan məlumat onun həbs müddətindən sonra azadlığa buraxılması və Yaponiyanı tərk etməsidir.
“BYD”də qəribə nasazlıq; sürücü bunu edəndə bütün panel donur - VİDEO
Çində zədəli körpünü 43 saata düzəltdilər: Azərbaycanda isə 43 gündür iş gedir - VİDEO
Bu şəhərdə gündüz yanacaq daşımaq qadağan edildi
Bu şəhərdə parkinq əməkdaşlarının əksəriyyəti lal-kardır - FOTO
Dünya liderlərinin ilk avtomobilləri hansılar olub? - ARAŞDIRMA
Axtarışda olan şəxs sərxoşluğu ucbatından yaxalandı – VİDEO
Sərxoş sürücünün bu hərəkəti polisi TƏƏCCÜBLƏNDİRDİ – FOTO
Bu ölkədə elektrik avtobus bazarının yarısına “BYD” nəzarət edir
Sükan arxasında yemək və zəng: hansı daha təhlükəlidir?
Bu iki yol nişanını qarışdırmaq sürücülərə 450 manata başa gələ bilər – FOTO
BƏƏ-dən uşaqların sosial şəbəkəyə girişi qadağan edildi










