Sərnişin təyyarəsi hara qədər uça və ya kosmosa çıxa bilərmi?

Adətən hava yolu ilə səyahət edən insanlar düşünür ki, əgər təyyarə sadəcə yüksəlməyə davam etsə, buludları geridə qoyaraq kosmosa çata bilər. Lakin bu, mümkün deyil. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, təyyarə, əslində, "hava gəmisi"dir. Onun işləməsi üçün hava lazımdır: qanadların qaldırıcı qüvvə yaratması və mühərriklərin işləməsi üçün oksigen tələb olunur. Əgər hava yoxdursa, təyyarə sadəcə hərəkətini inersiya ilə davam etdirən alüminium parçasına çevrilir. Atmosferin xüsusiyyətləri də nəzərə alınmalıdır: yüksəklik artdıqca hava seyrəlir, təzyiq və temperatur azalır. Bu səbəbdən təyyarə daha sürətli uçmalı olur. Lakin sərhəd var - təyyarə istənilən qədər sürətlənə bilmir, çünki müəyyən həddən sonra konstruksiya dağılacaq. Diplomlu uçuş planlaşdırma dispetçeri Anastasiya Troya bildirir ki, sərnişin təyyarələrinin uçuş hündürlüyü orta hesabla 9-12 km-dir. Bəzi modellər 18 km yüksəklikdə uça bilər, lakin bundan yuxarı qalxmaq mümkün deyil. Məsələ yalnız hündürlükdə deyil, sürətdədir. Təyyarələrin orta sürəti 700-900 km/saatdır. Halbuki kosmosa çıxmaq üçün 25-30 min km/saat sürət lazımdır. Troyanın sözlərinə görə, əgər pilot təsəvvürən yüksəlməyə davam etsə, nəticə eyni olacaq – təyyarə düşəcək. Yüksəklik artdıqca havadakı oksigen azalır. Oksigen olmadan nə qaldırıcı qüvvə, nə də mühərriklərin işi mümkündür. Kosmosda oksigen olmadığından sərnişin təyyarəsi oraya çata bilməz. Ekspert əlavə edir ki, real şəraitdə sərnişin təyyarəsi Yer atmosferini heç vaxt tərk edə bilməz.
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI












