Şiddətli istilər və pivə istehsalçılarının puç olan planları

Uzun illər belə bir fikir formalaşıb ki, isti havada azalkoqollu içkilər sərinlik yaratdığı üçün yayda istehlak artır. Lakin tədqiqatlar zamanı fərqli nəticə ortaya çıxıb. Məlum olub ki, yayda adətən pivə istehlakı artsa da, anomal istilərdə insanlar ümumiyyətlə spirtli içkilərdən çəkinirlər.
Avtosfer.az xəbər verir ki, Avropada ekstremal istilik alkoqol sənayesinin ümidlərini doğrultmayıb. Əvvəllər belə düşünülürdü ki, isti və quru yay satış artımı gətirir. Artıq bu inanc sarsılıb. İsti hava dalğaları zamanı avropalılar soyuq pivə almağa daha az meyllidirlər. londonda yerləşən İVSR içki tədqiqatları mərkəzinin direktoru Marten Lodevijsk deyir: “İsti hava istehlak üçün yaxşıdır. Lakin bir yuxarı hədd var ki, ondan kənarda sadəcə narahatedici isti olur.
İstehlakçılar içkini azaldırlar. Zənnimcə, səbəb budur: siz sərinləmək istəyirsiniz, amma alkoqolun təsirini arzulamırsınız. Bu, hərarəti qaldırır və xoşagəlməz hal yaradır”.
Kaliforniya və Sürix üniversitetlərinin birgə tədqiqatına görə, 2006-2025-ci illərdə qlobal alkoqol satışları coğrafiyaya görə kəskin şəkildə dəyişib. İsti regionlarda artım daha az olub.
Avropanın 20 iyunda başlayan istilik dalğası minlərlə insanın ölümünə və səhiyyə sistemlərinin çökməsinə səbəb olub. Qitənin səhiyyə orqanları insanları bədən hərarətini artıran spirtli içkilərdən çəkinməli olduqlarını bildiriblər. Bəzi şəhərlərdə spirtli içki satışı saatları qısaldılıb. Polis isə sərxoş sürücüləri aşkarlamaq üçün reydləri intensivləşdirib. Bu tövsiyələr içki istehsalçılarının gəlirlərinə zərbə vurub.
Danimarkalı pivə istehsalçıları alkoqolsuz pivəyə marağın artdığını deyirlər. Lakin, bu artım da nisbidir.
Vüqar
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI












