Tarixdəki ən qədim samovar - FOTOLAR

Biz samovarların adətən latundan, bəzən də gümüşdən hazırlandığını görmüşük. Həm də çoxumuz samovarın rus mədəniyyətindən gəldiyini düşünürük. Doğrudur, rusların bu məişət əşyasının kütləviləşməsində rolu danılmazdır. Lakin, başlanğıc Azərbaycan xalqına aiddir.
Avtosfer.az xəbər verir ki, təmirdən sonra Leyla və Arzu Əliyevanın iştirakı ilə açılan Şəki Tarix Diyarşünaslıq Muzeyi tam müasir standartlara uyğundur. Bir neçə il əvvələdək bina uçulub tökülürdü, saxlama şəraiti yumşaq desək, yaxşı deyildi. İndi vəziyyət başqadır. Bərpa ilə yanaşı, ekspozisiya da zənginləşib.
Burada diqqəti cəlb edən eksponatlardan biri gildən hazırlanmış samovardır. 1989-cu ildə Şəkidə tapılan samovarın 3600 yaşı var.
Hazırlanma texnologiyası piti qabı kimidir. Lakin, bu samovar indikilərdən fərqli olaraq həm içəridən, həm də çöldən qızdırılır.
Məlumata görə bu, dünyada məlum olan ən qədim samovardır. Təqdirəlayiq haldır ki, ekspozisiyada eksponatın müasir replikası da yer alır. Bu da məişət alətinin quruluşu və iş prinsipini daha yaxşı anlamağa imkan verir.
Samovar həm də buranın ilkin və əbədi sakinləri olan Azərbaycan xalqının necə qədim mədəniyyətə sahib olduğunu göstərir.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
















