“Toyota”dan yenilik; bu oturacaqlar 3500 dollara satışa çıxarıldı – RƏSMİ - FOTO

Yaponiyanın avtomobil nəhəngi “Toyota” qeyri-adi və innovativ addımı ilə diqqət çəkib. Şirkət sürücü oturacağını oyun kreslosuna çevirərək yeni məhsul təqdim edib.
Avtosfer.az xəbər verir ki, məlumata görə, məhdud sayda istehsal olunan bu xüsusi kreslolar 3500 ABŞ dollarına (təxminən 5950 manat) satışa çıxarılıb. Layihə “Toyota”nın törəmə şirkəti olan “Toyota Boshoku” tərəfindən həyata keçirilib və məhsul “Toyota Crown Seat Masa Kreslosu” adı ilə təqdim olunub.
Yeni dizayn “Toyota”nın flaqman modeli olan “Crown”un sürücü oturacağı əsasında hazırlanıb. Beləliklə, avtomobil komfortu birbaşa oyun və iş mühitinə daşınıb. Oturacaq standart oyun kreslolarından fərqli olaraq real avtomobil oturacağının bütün xüsusiyyətlərini özündə saxlayır.

Modeldə təhlükəsizlik kəməri, tənzimlənən oturacaq bucağı, inteqrasiya olunmuş isitmə və soyutma sistemləri, eləcə də mobil cihazlar üçün USB “Type-C” şarj portları yer alır. Bu xüsusiyyətlər məhsulu təkcə oyun aksesuarı deyil, həm də yüksək texnoloji avadanlıq səviyyəsinə yüksəldir.
Mütəxəssislər bu addımı “Toyota”nın qeyri-ənənəvi marketinq strategiyası kimi qiymətləndirirlər. Məhsulun cəmi 70 ədəd istehsal olunaraq yalnız Yaponiya bazarında satışa çıxarılması isə ona kolleksiya dəyəri qazandırıb.
Qeyd olunur ki, istifadə olunmuş “Toyota Crown” oturacaqlarını daha ucuz qiymətə əldə etmək mümkün olsa da, zavod istehsalı olan bu xüsusi versiya həm texnologiyası, həm də komfortu ilə avtomobil və oyun həvəskarlarının diqqətini cəlb edir.
Eltac Zülfüqaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












