Uçan naməlum obyektlərlə bağlı məxfi sənədlər ictimailəşdirilir

Pentaqon uçan naməlum obyektlərlə (UNO) bağlı məxfi saxlanılan faylları dərc etməyə başlayıb.
Avtosfer.az xəbər verir ki, ABŞ Müharibə Nazirliyinin saytında müvafiq bölmə yaradılıb.
Nazirliyin arxivindən, eləcə də Federal Təhqiqatlar Bürosu, NASA və Dövlət Departamentinin məlumatlar bazasından götürülmüş 160-dan çox fayl yerləşdirilib.
Onların arasında fotolar, PDF formatında sənədlər, eləcə də video görüntülər var.
İlk açıqlanan materiallarda ABŞ hərbçilərinin qeydləri, Aya göndərilmiş missiya ilə bağlı hesabatlar, UNO gördüyünü iddia edən şəxslərin açıqlamaları yer alıb. Nazirlik bu cür məlumatları müntəzəm olaraq dərc etməyi planlaşdırır.
Pentaqon arxivin yaradılmasını şəffaflığın təmin olunması baxımından tarixi təşəbbüs adlandırıb.
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












