Üç ildir elektromobildə gecələyir - Kirayə pulu ödəməmək üçün

38 yaşlı çinli proqramçı Yin artıq demək olar ki, üç ildir ki, Pekin şəhərində kirayə mənzilə pul xərcləməmək üçün elektromobildə gecələyir. Avtosfer.az xəbər verir ki, İT mütəxəssisi avtomobilin salonunu yataq və mətbəxlə təchiz olunmuş rahat mənzilə çevirib və həyatından tam razıdır, yalnız tualet tapmaq çətin olanda narahatlıq yaşayır. Yin özü Tyançzin şəhərində həyat yoldaşı və iki oğlu ilə birlikdə yaşayır. O bildirir ki, proqramçılar üçün Tyançzində iş imkanları məhduddur, bu səbəbdən də həftə içi Pekində işləyir. Hər bazar ertəsi səhər saat 5:30-da yola çıxır və 130 kilometr məsafəni qət edərək paytaxta gəlir, cümə axşamı və ya cümə günü isə evə qayıdır. Əvvəllər o, Pekində ayda 2500 yuan (təxminən 350 ABŞ dolları) ödəyərək mənzil kirayələyirdi. 2022-ci ilin ortalarında isə geniş salonlu bir elektromobil alaraq, artıq onda gecələməyə qərar verib. Avtomobilin markası göstərilməsə də, ön paneldə iki ekran və tavanda qatlanan televizor olan salonun şəkilləri, onun Lixiang brendinin ardıcıl-hibrid krossover modellərinə bənzədiyini göstərir. Yin adətən avtomobili parkların yaxınlığında saxlayır, səhərlər gəzişir, yeməkləri elektrik plitəsində bişirir, axşamlar isə televizora baxır, karaoke oxuyur, ailəsi ilə danışır və bəzən proqram yazır. Saat 23:00-dan gec yatmır. Yayda o, avtomobilə quraşdırdığı su çəni ilə hər gün duş qəbul edir, qışda isə həftədə bir dəfə bir gecəlik evə qatarla qayıdır (bileti 100 yuan, yəni 14 dollar). Avtomobil yolları üçün aylıq ödəniş 400 yuan (təxminən 58 dollar), batareyanın enerji yığması isə 300 yuan (təxminən 42 dollar) təşkil edir. Onun sözlərinə görə, avtomobil kifayət qədər genişdirsə və yaxınlıqda enerji doldurma stansiyaları varsa, bu cür həyat otel şəraitindən geri qalmır. Həftə sonları isə Yin ailəsi ilə birlikdə təbiət yürüşlərinə çıxır və həmin vaxtlar da elektromobildə gecələyirlər ("Bizim.Media").
Həyat "dəqiq hesablanma" sayəsində mövcuddur - Fiziklərdən heyrətamiz nəticə
Uçan naməlum obyektlərlə bağlı məxfi sənədlər ictimailəşdirilir
Alman brendi avtomobilin reklamını elə təşkil etdi ki… - VİDEO
Yeni muzeydə bu eksponatlar yer ala bilər - FOTOLAR
Telefon qiymətinə elektrikli motosiklet - FOTO
Sürət həddini nəzarətdə saxlamaq yanacaq sərfiyyatına necə təsir edir? - ARAŞDIRMA
Bu avtobusa ancaq qadın və uşaqlar minirlər - FOTO
Yol polisi sürücünü hansı halda saxlaya bilər? – MÜTƏXƏSSİS RƏYİ
Çinin bu şirkəti suda üzən avtomobil istehsal etdi - RƏSMİ
Turizm üçün ikinci postpandemiya dövrü?
“Toyota”dan yenilik; bu oturacaqlar 3500 dollara satışa çıxarıldı – RƏSMİ - FOTO








