Vədinə əməl etməyən alıcı belə cəzalandırıldı - FOTO

Norveçdə avtomobil almağa vəd verib yoxa çıxan alıcı cəzalandırılıb.
Avtosfer.az xəbər verir ki, avtomobil sahibi 2023-cü ildə baş verən hadisəni indi danışıb. Səbəb məhkəmə çəkişmələrinin başa çatması və təzminatın ödənilməsidir.
Norveç vətəndaşı 1985-ci il istehsalı olan Toyota Corolla avtomobilini satmaq üçün sayta elan yerləşdirdikdə Aleksandr adlı şəxs buna dərhal reaksiya verib. O, avtomobili deyilən qiymətə almaq istədiyini, lakin başqa şəhərdə olduğu üçün bunu yalnız bazar günü edə biləcəyini deyib. Avtomobil sahibi razılaşdığı üçün digər təkliflərdən imtina edib və qalmaqal bundan sonra başlayıb.
Həftə son Aleksandr yoxa çıxıb və zənglərə cavab verməyib. 1 ay sonra maşını 70 000 kron (təxminən 13 000 AZN) aşağı qiymətə satılıb.
Lakin Toyotanın sahibi yalançı alıcını cəzalandırmaq üçün məhkəməyə müraciət edib. O, Aleksandra görə maşını daha ucuz satdığını və ziyana düşdüyünü əsas gətirərək təzminat istəyib. Sübut olaraq yazışmaları da məhkəməyə təqdim edib.
Məhkəmə ilk instansiyada Aleksandrdan 70 min kron tutularaq satıcıya verilməsinə qərara alıb. Yuxarı instansiyalar qərarı dəyiuşmədən saxlayaraq icraya yönəldib.
Aleksandr məhkəmədə öz hərəkətini axmaqlıq kimi qiymətləndirib. Norveçli hüquqşünaslar bildirirlər ki, kimsə nəyisə almaq istədiyini bildirdikdə, bu artıq öhdəlik yaradır.
Vüqar Yaşaroğlu
Kanadada sürücülərin sürətini azaltmaq üçün yollara saxta çuxurlar çəkilir – FOTO
Qısa məsafələrdə bu mühərriklər daha çox xərc yaradır – ARAŞDIRMA
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?














