1 tondan çox çətənə kolu əkib-becərən şəxs saxlanıldı - VİDEO

Xaçmazda 1 ton 254 kiloqram narkotik tərkibli çətənə bitkisi qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Xaçmaz RPŞ-nin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Kamal Qəribov saxlanılıb.
Həmin şəxsin meşə sahəsində ümumi çəkisi 1254 kiloqram olan 350 ədəd qanunla əkilib-becərilməsi qadağan olunmuş narkotik xassəli çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq edərək becərdiyi məlum olub. Bundan başqa həmin yerdən 5 kiloqrama yaxın narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Kamal Qəribovun barəsində həbs qətimkan tədbiri seçilib.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO











