107 minə görə həbs edilən ər-arvad bəraət aldı - FOTO

Külli miqdarda dələduzluqda təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Aqşin Abdullayev və arvadı Leyla Abdullayevanın məhkəmə prosesi tamamlanıb.
“Qafqazinfo”nun məlumatına görə, 5 nəfərə ümumilikdə 107 min manat ziyan vurmaqda ittiham olunan ər-arvad özlərini təqsirli bilmir. Bakı Apellyasiya Məhkəməsində müttəhimlər əsassız olaraq həbs edildiklərini deyərək bəraətlərini tələb ediblər.
Avtosfer.az xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. 1 il əvvəl elan edilmiş hökmə əsasən, A.Abdullayev 6 il 6 ay, L.Abdullayeva isə 5 il azadlıqdan məhrum edilmişdi.
Yuxarı instansiya məhkəməsi bütün dəlil və sübutları tədqiq etdikdən, tərəflərin çıxışlarını dinlədikdən sonra birinci instansiya məhkəməsinin hökmünü ləğv edib.
Ziya Şirinovun sədrlik etdiyi hakimlər belə qənaətə gəlib ki, hökmdə iş üçün əhəmiyyət kəsb edən bütün hallar sübuta yetirilməyib. Qərara əsasən, A.Abdullayev və L.Abdullayevaya bəraət verilib. Ər-arvad məhkəmə zalından birlikdə azadlığa buraxılıblar.
Qeyd edək ki, cütlüyün 4 övladı var.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












