12 min manatlıq dələduzluğa görə tutuldu

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində müxtəlif vədlər verərək vətəndaşlara məxsus maddi vəsaitləri mənimsəyən şəxs məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, qeyd olunan əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Elşad İsmayılov saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, onun vətəndaşların etibarından istifadə edərək, xarici dövlətlərin birində işləmək üçün müvafiq sənədlər almaları üçün yalan vədlər verib və zərərçəkənlərin ümumilikdə 12000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, E.İsmayılov barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər E.İsmayılovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












