12 saylı marşrutda 5 sürücü səbəbsiz işdən azad edilib - İDDİA VƏ RƏSMİ CAVAB - VİDEO

Bakıda 12 saylı marşrut avtobusunun 5 sürücüsü heç bir səbəb göstərilmədən işdən azad edildiklərini iddia edir.
Avtosfer.az xəbər verir ki, sürücülər Əziz Hüseynov, Daşqın Əsədov, Elşad Babayev, Mirsəfər Ağayev və Ramazan Əlisultanoviç bununla bağlı müraciət ediblər.
Onların sözlərinə görə, bir ildən çoxdur ki, Bakıda fəaliyyət göstərən ''ŞİDLİ Aİ'' şirkətinin 12 saylı marşrut avtobusunda sürücü kimi işləyiblər.
Şirkətlə onlar arasında əmək müqaviləsi bağlanıb. Sürücü Əziz Hüseynov deyib ki, bir neçə ay sonra onlara təqdim olunan sənədə imza atıblar. Ancaq bu imzanı nə üçün atdıqlarına fikir verməyiblər. Sonradan məlum olub ki, şirkət tərəfindən hər bir sürücüsüyə 260 manat əməkhaqqı ödənilməli olduğu halda bu pul verilməyib.
Sürücülərin digər bir iddiası isə onları əmək müqaviləsindən göstərilən 8 saat iş rejimindən artıq işlədilməsi ilə bağlıdır.
Məsələ ilə bağlı ''ŞİDLİ Aİ'' şirkətinin rəhbəri Fikrət Əhmədov ''Xəzər Xəbər''ə bildirib ki, həmin şəxslərə hər ay deyildiyi məbləğ ödənilib.Bunun üçün isə həmin sürücülər sənədə imza da atıblar. Şirkətdən narazı olan sürücülər məhkəməyə müraciət edə bilərlər.
Şikayətlə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə bildirilib ki, işdən azad olunan sürücülər rəsmi qaydada müraciət edəndən sonra problem araşdırılacaq.
Gültən Qədirli
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












