135 saylı marşrut xəttində gedişhaqqı artırılıb? - AÇIQLAMA

Bu gün Xırdalan-Bakı istiqamətində hərəkət edən 135 saylı marşrut xəttinə məxsus avtobusda yapışdırılmış “Gedişhaqqı 55 qəpik” yazısı çaşqınlığa səbəb olub.
Avtosfer.az xəbər verir ki, bir çox sərnişinlər sözügedən marşrutda mövcud olan 50 qəpiklik gedişhaqqının artırıldığını iddia ediblər.
Məsələ ilə bağlı daşıyıcı şirkətdən bildirilib ki, həmin marşrut avtobusu 135 saylı xəttə məxsus deyil: “Fotonun çəkildiyi avtobus 199 saylı marşrut xəttinə aiddir və həmin xətt üzrə Tarif Şurası tərəfindən təyin edilmiş gedişhaqqı dəyəri 55 qəpikdir. Bu gün 135 saylı xətt üzrə bir neçə dəqiqəlik gecikmə olduğu üçün 199 saylı xəttə məxsus avtobus müvəqqəti olaraq 135 saylı xəttə keçirilib. Görüntü də həmin vaxt çəkilib. Hər hansı tarif artımı yoxdur və heç bir sərnişindən artıq gedişhaqqı alınmayıb”.
(unikal)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












