16 yaşında ailə quran QIZIN ANASI: “Yoldaşımın xasiyyəti tünddür” - YENİLƏNİB + VİDEO

Salyan rayon Pambıqkənd tam orta məktəbində təhsil alan 11-ci sinif şagirdinin ana olması ilə bağlı onun valideyni jurnalistlərə açıqlama verib.
Yeniyetmənin anasının sözlərinə görə, qızının ana olması ilə bağlı xəbərlər yalandır: “Qızım 16 yaşında qaçıb ailə qurub, amma ana olmayıb. Yoldaşımın xasiyyəti tünddür. Qızımla heç bir əlaqəmiz yoxdur”.
Daha ətraflı süjetdə:
-----13:02-----
Salyan rayon Pambıqkənd tam orta məktəbində təhsil alan 11-ci sinif şagirdinin ana olması barədə araşdırma aparılıb.
Bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsindən bildirilib.
Belə ki, məktəbin şagirdinin erkən nikaha cəlb olunması barədə yayılan xəbərlə bağlı idarəyə sorğu daxil olan kimi dərhal məsələ nəzarətə götürülüb:
“Həmin təhsil müəssisəsində araşdırma aparılıb. Şagirdin erkən nikaha cəlb olunması barədə hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verilib”.
Qeyd edək ki, bir neçə gün əvvəl Salyan rayon Pambıqkənd tam orta məktəbin 11-ci sinif şagirdlərindən birinin uşaq dünyaya gətirməsi ilə bağlı məlumat yayılıb.
Eyni zamanda, məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları üçün dərsə gəlməsələr də, jurnalda adlarının qeyd olunduğu və qiymətlərinin yazıldığı iddia edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












