17 nəfəri yüksək maaşlı işə düzəltmək adı ilə aldatdı - FOTO

Lənkəranda dələduzluq edən qadın saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Bakı şəhər sakini Lalə Zeynalova rayonda vətəndaşları aldadaraq pullarını ələ keçirib. Araşdırmalar zamanı məlum olub ki, L.Zeynalova Lənkəranda ümumilikdə 17 nəfərin etibarından istifadə edərək yüksək məvacibli işlə təmin olunmaq və digər məsələlər barədə vədlər verməklə ayrı-ayrı məbləğlərdə pulu mənimsəyib.
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdiyi əməliyyatla həmin qadın saxlanılaraq məsuliyyətə cəlb edilib. Onun əvvəllər də Bakıda etdiyi analoji cinayət əməllərinə görə axtarışda olduğu müəyyən olunub. Həmin qadının digər şəhər və rayonlarda da bənzər cinayətlərdə iştirakı istisna edilmir.
L.Zeynalovanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin ərazi polis orqanlarına məlumat vermələri xahiş olunur.

Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












