188 evakuasiya şirkəti məcburi köçkünü işlədib pulunu vermir - ÖZBAŞINALIQ

Zəngilandan olan məcburi köçkün Məmmədov Məmmədqulu Ağakişi oğlu gecikdirilən 4 aylıq maaşını işlədiyi «Azcargo Logistics and Management Services» MMC-nin 188 Yükdaşıma və Evakuasiya Xidmətindən tələb edərkən işdən çıxarılıb. Avtosfer.az xəbər verir ki, 2019-cu ilin 2 sentyabr tarixindən bu şirkətdə müqavilə ilə işləyən məcburi köçkün M.Məmmədovu işdən kənarlaşdırmaq üçün səbəbi, onun idarə etdiyi yük maşınında qüsurların olduğu 21 May tarixli aktla rəsmiləşdiriblər. Şirkətdən vaxtı hələ bitməyən müqaviləsinin surətini istəyir, amma onu da vermirlər.
Şirkət tərəfindən mənimsənilən halal əmək haqqının verilməməsi bir yana, haqqını tələb etdiyinə görə bu yola əl atmaq hansı insanlğa sığır və qanunlarda yazılıb? Yoxsa bu şirkət yuxarıdakı havadarlarına o dərəcədə arxayındır ki, bu ağır günlərdə ölkə vətəndaşını incidir? Bəlkə onların arxasında duranlardan da böyük adamların və nəhayət məcburi köçkünlərin hüquqlarını tapdalayanlara qarşı sərt tədbirlər görən dövlət başçısının olduğunu unudublar? Bu ağır pandemiya günlərində cənab prezidentin təşkilatlara işçilərini ixtisara salmamaq və əmək haqqılarının verilməsində problemlər yaratmamaq tağşırığı nə tez yadınızdan çıxdı? Yoxsa qazanc gözünüzü tutub deyə, böyük-kiçik saymırsız?
Fikirləşmirsiniz ki, yataqxanada yaşayan 56 yaşlı ailə başçısı külfət sahibidir. Bu ağır günlərdə ailəsini aldığı maaşla dolandırmalıdır. Zəhmət çəkib işlədiyi aylarda sizə on min manatlarla pul qazandırıb. Haramçılıq etməyin!
«Azcargo Logistics and Management Services» MMC-nin 188 Yükdaşıma və Evakuasiya Xidmətinin rəsmiləri əgər şirkətin sabiq sürücüsü Məmmədqulu Məmmədovun 4 aya yaxın halal əmək haqqını verməsələr, məcburi köçkünlərin hüquqlarının pozulmasını təmin edən təşkilatların və məcburi köçkün jurnalistlərin sərt addımlarını görəcəklər. Hər bir məcburi köçkünün haqqının tapdanması yüz minlərlə el-obasından didərginə qarşı haqsızlığa bərabərdir. Problemi ictimailəşdirib, haqqı yeyilən həmyerlimizə dəstək olaq! Belə məsələlərə biganə qalsaq, sabah bizim də başımıza gələ bilər.
Məsələnin nəticəsini gözləyirik! Haqsızlığı bərpa olunanacan həmyerlimizin arxasında duracayıq!
Sənan Məhərrəmov
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi











