2020-ci il son onilliklərin ən isti ili sırasına daxil ediləcək

2020-ci ilin bütün dünyada son onilliklərin ən isti illəri sırasına daxil ediləcəyi gözlənilir.
Bunu Avtosfer.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Onun sözlərinə görə, Ümumdünya Meteorologiya Təşkilatı da artıq bu barədə ilkin proqnozunu verib.
M.Həsənov deyib ki, sentyabr ayında Bakıda və Abşeron yarımadasında müşahidə edilən hava temperaturu çoxillik iqlim normasından 1-2 dərəcə yüksək olub. Bakıda sentyabrda orta çoxillik temperatur təxminən 14 dərəcə selsi olduğu halda, bu il temperatur 15-15,5 dərəcə selsi olub.
Direktor müavini əlavə edib ki, 1991-ci ildən, xüsusilə 2010-cu ildən sonra havanın temperaturu ilbəil müəyyən qədər yüksəlir.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












