400-ə yaxın polis ekstremizmdə şübhəli bilinir

Almaniyanın federal torpaqlarında 400-ə yaxın polis əməkdaşı sağçı ekstremizmdə şübhəli bilinir. AFR hökumətinin Bundestaqda polis işləri üzrə müvəkkili Uli Qretçə görə, vəziyyət demokratiya üçün böyük təhlükə yaradır. “Biz sağçı ekstremistlərin məqsədyönlü şəkildə polis orqanlarında sabitliyi pozmağa cəhd etdiyi vaxtda yaşayırıq. Bu təhlükə həmişə olduğundan daha böyükdür. Bütün ölkə üçün. Deməli, polis üçün də”, - deyə o xəbərdarlıq edib.
Medianın məlumatına görə, hazırda federal torpaqlarda sağçı baxışlarda və ya sui-qəsd ideologiyasının təşviqində şübhəli bilinən 400-ə yaxın polis əməkdaşına münasibətdə intizam icraatı və araşdırmalar aparılır. Bu barədə 16 federal torpağın Daxili İşlər Nazirliyinə verilən sorğuya istinadla “Stern” jurnalı və “RTL” telekanalında deyilir. Çox güman ki, faktiki rəqəm daha böyük olacaq, çünki dörd federal torpaq - Berlin, Meklenburq-Ön Pomeraniya, Bremen və Türingiya – son rəqəmləri təqdim edə bilməyib.
Şimali Reyn–Vestfaliya federal torpağının daxili işlər naziri Herbert Royl bildirib: “Konstitusiyaya əsaslanmayan, əvəzində ekstremist baxışlara malik olan polis əməkdaşları demokratiya və qanunun aliliyi üçün böyük təhlükədir”.
Artıq uzun illərdir federal və dövlət təhlükəsizliyi orqanlarının sıralarında potensial ekstremistlər ilə bağlı araşdırmalar aparılır. Federal Daxili İşlər Nazirliyi artıq bununla bağlı 2022-ci ildəki vəziyyət haqqında hesabat dərc edib. Həmin vaxt məlum olub ki, sağçı ekstremizm və ya “Reyx vətəndaşları” hərəkatı ilə açıq-aydın əlaqələrinə görə üç il ərzində 327 əməkdaş məsuliyyətə cəlb olunub.
Daha bir, o cümlədən polis əməkdaşlarının siyasi baxışları haqqında hesabat 2023-cü ildə - polisin ünvanına səslənən irqçiliklə bağlı ittihamlardan sonra dərc olunub. (Azərtac)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












