Banner

Havvaxanıma hökm oxundu

Xəbərlər 16 Sentyabr 2026 11:53
Havvaxanıma hökm oxundu
WhatsApp kanalımıza abunə olun

Dələduzluqda ittiham olunan "Moon Kids" uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə dövlət ittihamçısı Fuad Musayev çıxış edərək H.Rüstəmovanın 7 il müddətinə azadlıqdan məhrum olunmasını və zaldan həbs edilməsini təklif edib.

Hakimlərin müşavirəsindən sonra hökm oxunub, Havvaxanım Rüstəmova 3 il müəyyən vəzifə hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Həmçinin, barəsində mövcud olan ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək qətimkan tədbiri ilə əvəzlənib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, "Moon Kids" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) yol verilən qanunsuzluqlarla bağlı Nizami Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə müəssisənin direktoru Havvaxanım İmamət qızı Rüstəmova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sonradan onunla bağlı həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

"Moon Kids" Uşaq Bağçasının fəaliyyəti dayandırılıb.

İş üzrə Dövlət Sosial Müdafiə Fondu da zərərçəkmiş kimi tanınıb.

Təqsirləndirilən şəxs istintaq dövründə zərərçəkmişlərə vurulan 428 min manat maddi ziyanın 385 min manatını ödəyib.
 
 
 

Oxunub : 102
ŞƏRH YAZ
Ad

E-mail

Şərh