“5 min manat maaşla necə pul yığıb maşın alım?” - Səyyad Salahlı

“Mənim heç vaxt maşınım olmayıb, heç indi də yoxdur. Hər yerə idarənin maşını ilə gedirdim. İndi də Milli Məclisə gedəndə 18 nömrəli avtobusla gedirəm, qayıdanda piyada metroya düşürəm”.
Avtosfer.az xəbər verir ki, bunu Modern.az-a müsahibəsində Milli Məclisin deputatı Səyyad Salahlı bildirib.
S.Salahlı qeyd edib ki, bəzən tədbirlərə köməkçisinin maşını ilə gedir:
“Mən kiməsə buna görə müraciət edə bilmərəm. Gedib kiməsə deyim, o da bir vəzifəli şəxsə nəsə desin. Lazım deyil belə şeylər. Kimdənsə asılı olmaq mənlik deyil.
Mən Dini Komitədə işlədiyim müddətdə xidməti maşından istifadə etmişəm, başqa heç nə. Deyirsiniz ki, deputatsan. Lap tutaq ki, 5 min manat maaş alıram. Mənim də qayğılarım var, həyat yoldaşım, nəvələrim... Özümün gündəlik, səhhətlə əlaqəli xərclərimiz var. Pulu alırsan, müalicələrə gedir. Mən oradan nə qənaət edib, pul yığıb maşın ala bilərəm?”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












