*5000 taksi şirkəti sərnişini ölümlə üz-üzə qoydu - ŞİKAYƏT

İstifadə etdiyi taksidə qəza şəraitinə düşən vətəndaş Gülnar Rəsulova şirkətdən narazıdır. Avtosfer.az bu barədə məlumat verən şikayətçi bildirib ki, artıq Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə də bu barədə şikayət məktubu ünvanlayıb. “26.02.2018-ci il tarixdə *5000 taksi sifarişi xidmətindən taksi sifariş etdim. Axşam saat 18.05 radələrində şirkət tərəfindən 90PK326 nömrəli “DongFenq” markalı avtomobil məni Nizami rayon A.Manafov 1 ünvandan götürdü. Sürücü Mehdi Abbasov küçəsindən üzü Mikayıl Əliyev istiqamətində hərəkətdə olduğu zaman dairəvi yola daxil olaraq sağda hərəkətdə olan kamaz markalı nəqliyyat vasitəsitəsinin yoluna çıxdı və kobud şəkildə qəza şərəiti yaratdı. Biz son anda təhlükədən xilas ola bildik.”
Bu hadisədən dərin sarsıntı keçirdiyini bildirən vətəndaş növbəti gün şirkətə müraciət edərək iradını bildirib. “*5000 taksi sifarişinə iradımı bildirdim. Ancaq şirkət rəhbərliyi bu hadisəni araşdırıb mənə nə şifahi, nə də yazılı məlumat verməyib.”
Vətəndaş gələcəkdə bu kimi halların baş verməməsi üçün bu məsələnin qanun çərçivəsində araşdırılmasını tələb edir.
Orxan
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ












