65 yaşlı qadına qarşı quldurluq edən 5 nəfərlik dəstə üzvləri saxlanılıb - FOTO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində şəhər ərazisində tək yaşayan 65 yaşlı qadının evinə daxil olaraq quldurluq cinayəti törədən şəxslər müəyyən edilərək istintaqa cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, ötən günlərdə gecə saatlarında rayon ərazisində yerləşən evlərin birində quldurluq əməli törədilməsi barədə RPŞ-yə məlumat daxil olub.
Məlumatla əlaqədar polis əməkdaşları dərhal hadisə yerində olublar. İlkin araşdırmalarla qadının quldurluq yolu ilə evindən nəğd pulu və digər əşyalarının talanması məlum olub. O, polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb, vəziyyəti yaxşıdır.
Bərdə RPŞ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb.
Araşdırmalarla onların Asəf Allahverdiyev, Şükür Hüseynov, Emin Nəbiyev, Zaur Ağamirov və Elməddin Ocaqov olduqları müəyyən olunub.
Hazırda faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ















