7 dekabr Beynəlxalq Mülki Aviasiya Günüdür - FOTO

7 dekabr Beynəlxalq Mülki Aviasiya Günüdür.
Avtosfer.az xatırladır ki, 1944-cü il dekabrın 7-də Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya imzalanıb.
6 dekabr 1996-cı ildə BMT Baş Assambleyası tərəfindən dekabrın 7-si Beynəlxalq Mülki Aviasiya Günü elan olunub.
Azərbaycanda ilk mülki hava reysi 1921-ci ildə poçt-sərnişin təyyarəsində həyata keçirilib. Azərbaycan mülki aviasiyasında ilk dəfə 1923-cü il avqustun 8-də “Yunkers” təyyarəsi ilə sərnişin daşınmaları reallaşıb. Ölkədə ilk hava limanı isə 1931-ci ildə Binə qəsəbəsinin yaxınlığında tikilib və iki ildən sonra istifadəyə verilib.
1938-ci il iyunun 2-də Azərbaycanda ilk aviasiya qrupu yaradılıb. Bu tarix 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Mülki Aviasiya Günü kimi elan edilib.
1994-cü ildə Mülki Aviasiya Mərkəzinin bazasında Milli Aviasiya Akademiyası yaradılıb.
Prezident İlham Əliyevin 2006-cı il 29 dekabr tarixli Fərmanı ilə Dövlət Mülki Aviasiya Administrasiyası yaradılıb. Bu mülki aviasiya sahəsində nəzarəti, dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Qeyd edək ki, hazırda “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti milli aviadaşıyıcıdır və MDB ölkələrinin ən müasir təyyarə parkına malik lider aviasiya şirkətlərindən biridir. Sərnişinlərə xidmət keyfiyyətinin yüksək standartlarına görə mülki aviasiya sənayesində qabaqcıl aviadaşıyıcılardandır.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












