*8555 taksi şirkətindən özbaşınalıq: “Pul verməsən…” - İDDİA

Taksi şirkətinin sürücülərdən haqq tələb etdiyi iddia edilir.
Söhbət *8555 (Ailə taksi) taksi şirkətindən gedir və bir qrup sürücü bununla əlaqədar müraciət edib.
Onların sözlərinə görə, sürücülər müqavilə əsasında “Ailə taksi”yə ödədikləri faizdən əlavə “plan” vermək məcburiyyətindədirlər.
Qeyd edək ki, müqaviləyə əsasən, hər bir sürücü taksi şirkətindən müxtəlif növdə balans paketi alır. Bununla məsafəyə uyğun olaraq həmin balansdan məbləğ çıxılır. Lakin *8555 balans paketindən əlavə sürücülərdən həftəlik və ya aylıq haqq tələb edir. Onlar tələbə uyğun işləmək istəmədikdə balans paketləri bitmədiyi halda belə şirkət sürücülərə müştəri vermir.
İddiaya görə, *8555-lə işləyən taksi sürücüləri şirkətə əlavə həftəlik 100 manat, aylıq isə 300 manat ödəməlidir.
Məsələ ilə bağlı “Ailə taksi” şirkəti ilə əlaqə saxladıq. Zəngimizə cavab verən şəxs şikayətin nədən ibarət olduğunu dinlədikdən sonra saytımıza bildirdi ki, bizim əməkdaş baş ofisə yaxınlaşmalıdır. Bunun yanlış olduğunu izah etməyə çalışsaq və yuxarıda qeyd edilən iddia ilə əlaqədar münasibət almaq istəsək də cəhdlərimiz boşa çıxdı.
Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sürücülərin ittihamı ilə bağlı araşdırılma aparılacaq. (minval.info)
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












