9-cu mikrorayonda işıqforun işləməmə səbəbi nədir? - FOTO

Bakı şəhəri, 9-cu mikrorayonda, Hüseyn Seyidzadə və Mir Cəlal küçələrinin kəsişməsində işıqforun işləməməsi vətəndaşların şikayətinə səbəb olub.
Onlar bildiriblər ki, işıqforun işləməməsinə görə bir neçə dəfə qəza vəziyyəti yaranıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov bildirib ki, işıqforun işləməməsinə səbəb onun elektrik enerjisindən qısamüddətli ayrılması olub:
"Ötən gün səhər saatlarında Hüseyn Seyidzadə və Mir Cəlal küçələrinin kəsişməsində işıqforun iş rejiminə dəyişiklik edilməsi ilə bağlı texniki işlər görülüb. Bu səbəbdən işıqfor elektrik enerjisindən qısa müddətə ayrılıb. Elə həmin gün işlər başa çatdırıldıqdan sonra qurğuların fəaliyyəti bərpa olunub və yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkəti təmin edilib".
(oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












