AAF "Sürətin evolyusiyası"nda klassik avtomobilləri təqdim etdi

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, "Nazar Holdinq" və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə avtomobil həvəskarları üçün maraqlı layihə təqdim olunur.
Avtosfer.az xəbər verir ki, mayın 17-də paytaxtın Əziz Əliyev küçəsindən başlayaraq Qoşa Qala qapısının qarşısınadək "Sürətin evolyusiyası" layihəsi çərçivəsində klassik avtomobillərin sərgisi keçirilir.
Ziyarətçilər 1985-ci ilədək istehsal olunan avtomobilləri izləməklə həm də ötən illərin ab-havasına qayıdıblar. Burada müxtəlif illərə və ölkələrə aid klassik avtomobillərlə yaxından tanışlıq, nostalji dolu anlar yaşamaq imkanı olub.
Sərgi səhər saatlarından başlayıb və axşam saat 19:00-dək davam edəcək və gün ərzində ziyarətçiləri, retro avtomobil həvəskarlarını bir araya toplayacaq.
Sərgidə Azərbaycan Avtomobil Federasiyasının klassik avtomobil kolleksiyası ilə yanaşı, tədbirə qeydiyyatdan keçmiş avtomobil sahibləri də öz nəqliyyat vasitələri ilə təmsil olunublar.
Bununla da AAF klassik avtomobillərlə bağlı tədbirlər mövsümünü açmış olub. Avqust ayının sonunda isə AAF paytaxtda klassik avtomobillərin yürüşünü təşkil edəcək.
Qeyd edək ki, sabah - mayın 18-də "Sürətin evolyusiyası" sürət avtomobillərinin və "Supercar"ların nümayişi ilə davam edəcək. Bununla da iki gün ərzində klassik avtomobillərdən sürət avtomobillərinədək sürətin evolyusiyasını izləmək mümkün olacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












