AAYDA 2 yeni piyada keçidinin tikintisinə başlayıb - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 2 yerüstü piyada keçidinin tikintisinə start verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, həmin piyada keçidləri M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 262 və 266-cı km-lik hissələrində inşa olunur.
Avtomobil yolunun 262-ci kilometrində inşa edilən yerüstü piyada keçidinin ümumi uzunluğu 46,8 metr, eni 3,3 metr, pilləkənlərin eni 3 metr, yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edir.
Agentlik tərəfindən avtomobil yolunun 266-cı km-lik hissəsində inşa olunan piyada keçidinin isə uzunluğu 45 metr, hərəkət hissəsinin eni 3,3 metr, yol səviyyəsindən hündürlüyü 5,5 metrdir.
Hər iki yerüstü piyada keçidi metal konstruksiyalıdır və müasir lift sistemləri ilə təchiz ediləcək.
Hazırda keçidlərdə svay işləri aparılır. Hər iki keçidin tikintisi layihəsi çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacaqlarının quraşdırılması və ətrafın abadlaşdırılması işləri görüləcək.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












