AAYDA-nın sədri: “Bakıda son 20 ildə 2 min km-dən çox yol çəkilib"

Bakı şəhərində son 20 ildə 2 000 km-dən çox yol çəkilib, yenidən qurulub və təmir edilib.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov “Azərbaycan” qəzetində dərc edilmiş “Zəfər yollarının qüdrətli qurucusu” adlı yazısında bildirib.
Onun sözlərinə görə, bu dövrdə paytaxtda 83 yol ötürücüsü, 99 yeraltı və yerüstü piyada keçidi inşa olunub.
“2003-cü ildən indiyə kimi respublikamızda 6,2 milyon nəfər əhali yaşayan, 2 210 yaşayış məntəqəsini birləşdirən kəndlərarası 5 100 km uzunluğunda avtomobil yolu tikilib, yenidən qurulub və təmir olunub. Bəli, biz bu gün yol infrastrukturu sahəsindəki işlərdən danışarkən yalnız kəndlərarası yolların yenidən qurulmasından deyil, həm də hər bir rayonda kəndləri birləşdirən yeni yolların salınmasından bəhs edirik”, - deyə sədr qeyd edib.
Bundan başqa, S.Məmmədov bütövlükdə, 20 il ərzində 21 000 kilometrə yaxın avtomobil yolunun, prospekt və küçənin tikilib, yenidən qurulub və təmir olunduğunu diqqətə çatdırıb: “Bu dövr ərzində 499 körpü və yol ötürücüsü, 114 yeraltı və yerüstü piyada keçidi inşa edilib. Əgər birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 2003-cü ildə respublikamızda 115 km təşkil edirdisə, hazırda 1 025 km-dir”.
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












