AAYDA rəhbərliyi Naftalan şəhərində vətəndaşları qəbul edib - FOTO - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Naftalan şəhərində vətəndaşları qəbul edib.
AAYDA-dan Avtosfer.az-a verilən məlumata görə, Naftalan şəhərində Agentliyin tabeliyində olan“29 N-li Yol İstismarı” MMC-nin inzibati binasında keçirilən qəbulda Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. Qeyd edək ki, AAYDA-da Vətəndaşların müraciətlərinin baxılması qaydası haqqında qanuna uyğun olaraq, vətəndaşların qəbul günlərinin cədvəli təsdiq olunub. Regionlarla yanaşı həmin cədvələ əsasən, Agentliyin inzibati binasında da vətəndaşların qəbulu keçirilir.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir






















