Abonentlərə verilən təbii qazın tərkibinə hava necə düşür? AÇIQLAMA

Ölkədə abonentlərə verilən təbii qazın tərkibinə hava və ya başqa maddələrin vurulması texniki cəhətdən mümkün deyil.
Bunu Trend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, bu barədə ictimaiyyət arasında yayılan məlumatlar şayiədir: "Amma bəzən olur ki, hansısa təmir prosesindən sonra belə hallar baş verir. Qəza baş verərkən xətdə qaz dayandırılır, təmir prosesindən sonra xəttə qaz buraxılarkən abonentlərin qaz cihazlarından müəyyən müddətdə hava gələ bilər. Yəni qəza zamanı, bizim yerlərdəki əməkdaşların səhlənkarlığı üzündən qəza baş verən yeri tam müəyyən edənə qədər xəttə hava daxil ola bilir. Bu da qısa müddətdə olur və sonradan qaz bərpa olunur. Qaz cihazlarına hava daxil olmasının qarşısını almaq üçün qazpaylayıcı qutularda havaçıxarıcı yer var. Xəttə qaz veriləndən sonra həmin havanı oradan çıxarmaq mümkündür. Amma yerlərdəki əməkdaşlarımız səhlənkarlıq edir və bu havanı xətdən kənarlaşdırmır. Nəticədə abonentin qaz cihazlarına hava düşür".
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












