"Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir"

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.
Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi analitiki Kan Kasapoğlu “New York Times” qəzetinə açıqlamasında bildirib.
K.Kasapoğlu qeyd edib ki, indi bütün tanklar, o cümlədən Qərb ölkələrinin istehsalı olan tanklar ucuz dronların qarşısında acizdirlər:
“Texniki təchizatdan asılı olaraq hücum dronları cəmi 500 dollara başa gələ bilər ki, bu da Amerikanın "Abrams", Almaniyanın “Leopard”, Rusiyanın “T-90” tanklarının dəyəri ilə müqayisədə cüzi bir məbləğdir. ABŞ-nin "Abrams" tanklarının bazar dəyəri hazırda 10 milyon dollardır”.
Rusiya-Ukrayna müharibəsi zamanı çoxlu sayda tank və ya ağır zirehli texnika ucuz dronlar vasitəsilə sıradan çıxarılıb. “New York Times” yazır ki, son iki ay ərzində döyüşlər zamanı beş M1 “Abrams” tankı sıradan çıxarılıb, daha üç tank isə orta dərəcədə zədələnib. Nəşr həmçinin Ukraynada ən azı 30 “Leopard” tankının məhv edildiyini bildirib. Ukrayna hərbçiləri də kiçik dronlar vasitəsilə çoxlu sayda rus tankını məhv ediblər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












