ABŞ Avstraliyaya 40 ədəd çoxməqsədli helikopter satıb

ABŞ administrasiyası Avstraliyaya ümumilikdə 1,95 milyard ABŞ dolları dəyərində “Black Hawk UH-60M” helikopterləri və müvafiq avadanlıqlar satmaq barədə qərar qəbul edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Əməkdaşlıq və Təhlükəsizlik Departamenti məlumat yayıb.
Qeyd olunub ki, Avstraliya hakimiyyəti 40 ədəd “UH-60M” çoxməqsədli helikopter, eləcə də müvafiq avadanlıq və hissələrin alınmasını xahiş edib.
Bildirilib ki, təklif olunan satış Avstraliyanın hazırkı çoxməqsədli helikopter parkını daha etibarlı və sübut edilmiş sistemlə əvəz edəcək ki, bu da Avstraliyaya birləşmiş silah əməliyyatları üçün istənilən hazırlıq səviyyəsini saxlamağa imkan verəcək:
“Təklif olunan satış ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərini dəstəkləyəcək. Avstraliya Qərbi Sakit okean regionunda bizim ən mühüm müttəfiqlərimizdən biridir. Müttəfiqimizə güclü və döyüşə hazır özünümüdafiə qüvvəsini inkişaf etdirməyə və saxlamağa kömək etmək ABŞ-ın milli maraqları üçün çox vacibdir”- sənəddə deyilir.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












