ABŞ-da yük maşınında ölən miqrantların sayı 53 nəfərə çatıb

Xəbərlər 30 İyun 2022 10:59 Oxunub 608
ABŞ-da yük maşınında ölən miqrantların sayı 53 nəfərə çatıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

ABŞ-ın Texas ştatının San-Antonio şəhərində yük maşınında bir neçə gün əvvəl ölən miqrantların sayı 53 nəfərə çatıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Daha əvvəl sürücünün tərk etdiyi yük maşınında 46 nəfərin meyitinin tapıldığı bildirilirdi. Maşında halsız vəziyyətdə olan daha 16 nəfər xəstəxanalara aparılıb. Onlardan bir neçəsi xəstəxanada ölüb.

Yük maşınında aşkarlananların qeyri-qanuni yollarla ABŞ-a keçməyə çalışdıqları bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh