ABŞ-dən deportasiya olunanlarla təyyarədə qorxunc rəftar

40 saatlıq ABŞ-dən Hindistana deportasiya reysi zamanı 104 nəfər əl və ayaqlarından qandallı saxlanılıb.
Avtosfer.az xəbər verir ki, CNN-in verdiyi məlumata görə, bu barədə sərnişinlər danışıblar.
103 nəfərlə birlikdə Hindistana deportasiya edilən sərnişinlərdən 23 yaşlı Akaşdip Sinqhin sözlərinə görə, uçuşdan əvvəl onların əllərinə qandal, topuqlarına isə zəncir vurulub.
Sinqh bildirib ki, onların, hətta tualetə getmək və ya qidalanmaq üçün qandalların açılması xahişləri nəzərə alınmayıb.
Qadınların qandalları eniş zamanı, digər sərnişinlərin qandalları isə yerli polis əməkdaşları tərəfindən təyyarə yerə endikdən sonra açılıb.
35 yaşlı Sukpal Sinqh da bildirib ki, Quam adasında yanacaqdoldurma məntəqəsində dayanacaq zamanında da qandallar açılmayıb. Onun sözlərinə görə, kimsə ayaqlarının şişməsi səbəbindən ayağa qalxmağa cəhd edəndə mühafizə dərhal oturmağı tələb edib.
Qeyd edək ki, bu, ABŞ-dən deportasiya edilənlərlə bağlı ilk belə hal deyil. Belə ki, yanvarda Kolumbiyadan deportasiya edilənlər də qandallı şəkildə göndərilmişdilər. Bununla bağlı çəkilmiş fotolar Kolumbiya ilə ABŞ arasında mübahisəyə səbəb olub. Kolumbiya Prezidenti Qustavo Petro bu təcrübəni pisləyərək, miqrantlara cinayətkar kimi yanaşıldığını və deportasiya edilənlərin layiqli rəftara layiq olduğunu bildirib.
Həmçinin Braziliya Xarici İşlər Nazirliyi də öz vətəndaşlarının deportasiya şərtlərini alçaldıcı adlandıraraq pisləyib.(oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












