ABŞ-dən Ziya Məmmədov və Arif Əsgərovla bağlı vacib qərar

ABŞ-nin Ədliyyə Nazirliyi Kanadanın “Bombardier” şirkəti ilə bağlı həyata keçirilən korrupsiya istintaqına xitam verib. Sözügedən istintaq çərçivəsində Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov, onun müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş rəhbəri Arif Əsgərovun da adları hallanırdı.
Avtosfer.az “Haqqın.az”a istinadən xəbər verir ki, Kanada mediası şirkətin aprelin 1-də məsələ ilə bağlı nazirlikdən rəsmi bildiriş aldığını yazıb. Eyni zamanda, şirkət özü də belə bir məktub aldığını təsdiqləyib.
“ABŞ-nin Ədliyyə Nazirliyi bildirib ki, əldə olunmuş bütün məlumatları nəzərdən keçirdikdən sonra İndoneziya və Azərbaycanın dəmir yolları ilə bağlı müqavilələrlə əlaqəli hər iki araşdırmanı dayandırır”, - deyə “Bombardier” şirkətinin ən sonuncu maliyyə hesabatında qeyd olunub.
Məlumata görə, ABŞ Ədliyyə Nazirliyi həmin qərarı şərh etməkdən imtina edib.
Qeyd edilib ki, “Bombardier” şirkəti ilə Azərbaycan arasında bağlanan müqaviləyə dair araşdırma 2020, İndoneziyanın “Garuda Airlines” aviaşirkətinin təyyarələrinin satışı ilə bağlı istintaq isə 2021-ci ildə başladılıb. Şirkət də həmçinin əlavə şərh verməyib.
Xatırladaq ki, 2013-cü ildə Azərbaycanın Nəqliyyat Nazirliyi ilə Kanada şirkəti arasında Azərbaycan dəmir yollarının Bakı-Qazax-Böyük Kəsik hissəsində siqnal avadanlıqlarının quraşdırılmasına dair müqavilə bağlanıb. Layihənin icraçısı olaraq şirkətin İsveçdəki törəmə şirkəti “Bombardier Transportation” çıxış edib. Layihənin ümumi dəyəri isə 350 milyon dollar təşkil edib. Araşdırma müəyyən edib ki, bu məbləğin təqribən 100 milyon dolları ofşor şirkətlər vasitəsilə Nəqliyyat Nazirliyinin yüksəkvəzifəli məmurlarına mənfəət kimi geri qaytarılıb.
Həmin dövrdə Nəqliyyat Nazirliyinə Ziya Məmmədov, nazirliyin strukturuna daxil olan Azərbaycan Dəmir Yollarına” isə Arif Əsgərov rəhbərlik edirdi.
İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma










