ABŞ məhkəməsi “Lukoil”un təyyarəsinin həbsinə order verib - FOTO

ABŞ-ın Texas ştatının Cənub Dairə Məhkəməsi “Lukoil”a məxsus 45 milyon dollar dəyərində “Boeing 737-7EM” təyyarəsi üçün həbs qərarı çıxarıb.
Bu barədə ölkənin Ədliyyə Nazirliyinin saytında məlumat verilib.
“ABŞ mərkəzi ofisi Moskvada yerləşən Rusiyanın transmilli neft-qaz korporasiyası “Lukoil” İctimai Səhmdar Cəmiyyətinə məxsus “Boeing 737-7EM” təyyarəsinin həbsinə order alıb”, - deyə məlumatda bildirilir.
Departamentdə qeyd olunur ki, təyyarənin müsadirə edilməsi üçün orderin verilməsinə əsas onun ABŞ Ticarət Departamentinin tətbiq etdiyi anti-Rusiya sanksiyalarını pozaraq Rusiya Federasiyasına və oradan uçuşlar həyata keçirməsi olub.
Ədliyyə Nazirliyi həmçinin qeyd edib ki, sanksiya rejimi müvafiq lisenziyaları və ya lisenziya istisnaları olmayan ABŞ istehsalı təyyarələrlə Rusiyaya və Rusiyadan reyslərin həyata keçirilməsini qadağan edir.
oxu.az
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO











